f09e47cb 5df7 4972 9ab1 a88ba06c2b60

“Biz Konstitusiya dəyişikliyi ilə bağlı mövqeyimizi bildirmişik, bu məsələ artıq həll olunub”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O, hökumətin gündəmində Konstitusiya dəyişikliyi məsələsinin olmadığını bildirib:

“Vaşinqtonda imzalanan sülh sazişi ilə bağlı sənəddə bu məsələ de-yure həll olunub. Bizim heç bir xarici siyasət gündəmimizdə Konstitusiya mövzusu yoxdur. Bu məsələdə daxili gündəmdədir”. 

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: