apple iphone 18 pro ve 18 pro maxi tanitti iste 20223381 8291 amp

“Apple” yeni “Ayfon 18 Pro” seriyası və qatlanan “Ayfon Duo” modelini təqdim etdikdən sonra ABŞ bazarında əvvəlki modellərin qiymətlərinə də dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şirkət “Ayfon 16”, “Ayfon 17e”, “Ayfon 17” və “iPhone Air” modellərinin başlanğıc qiymətini ayrı-ayrılıqda 100 dollar (170 manat) artırıb.

Beləliklə, “Apple”ın yeni nəsil “Ayfon ” təqdim etdikdən sonra əvvəlki modellərin qiymətini aşağı salmaq ənənəsi bu dəfə baş verməyib. Əksinə, şirkət bir sıra köhnə modellərin qiymətini yüksəldib.

Qiymət artımının yalnız ABŞ bazarına aid olduğu və digər ölkələrdə modellərin satış qiymətlərinin ayrıca müəyyənləşdiriləcəyi bildirilir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: