“Ermənistan” blokunun lideri və sabiq prezident Robert Koçaryan Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı İnzibati Məhkəməyə iddia ərizəsi təqdim edib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Söhbət iyunun 17-də Robert Koçaryana qarşı cinayət işinin başlanmasına razılıq verilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarından gedir.
Hələlik iddianın icraata qəbul edilməsi ilə bağlı qərar yoxdur.
Xatırladaq ki, Ermənistan Baş Prokurorluğu iyunun 17-də “Ermənistan” blokundan olan üç deputatlığa namizədə qarşı cinayət işinin başlanmasına icazə verilməsi üçün MSK-ya vəsatət təqdim etmişdi.