Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana gedib. Diqqətçəkən məqam isə Ermənistanın müdafiə naziri Suren Papikyanın da qısa müddət öncə Gürcüstana səfər etməsidir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, belə səfərlər adətən ani olmur:
“Çox güman ki, səfər əvvəlcədən planlaşdırılıb, razılaşdırılıb.
Ermənistan Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə ikitərəfli və regional məsələləri müzakirə edəcək. Bu, kifayət qədər normaldır, çünki Gürcüstan da region ölkəsidir”.
K.Novruzovun fikrincə, Paşinyan Tbilisidə Bakı ilə bağlı danışıqlardan da bəhs edəcək:
“Şübhəsiz ki, o həm də Azərbaycanla münasibətlərin normallaşması istiqamətindəki son durumla bağlı həmkarını məlumatlandıracaq. Nikol yenə həqiqətləri təhrif etməyə çalışa bilər. Birgə mətbuat konfransı keçirilərsə, İ.Kobaxidze sülhü dəstəklədiyini deyəcək və mümkündür ki, vasitəçilik təklif edəcək. N.Paşinyan isə yenə də Bakını ittiham edəcək”.
Turan Rzayev
Globalinfo.az