irakli kobakhidze w h

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Newsgeorgia” nəşri məlumat yayıb.

“Bu şənbə Azərbaycana, bir həftə sonra isə Ermənistana səfər baş tutacaq”, – deyə Kobaxidze jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Bakıda və İrəvanda keçiriləcək görüşlərdə bütün vacib məsələlər, o cümlədən sülhün təmin olunması mövzusu müzakirə olunacaq.

“Regionda sülhün təmin edilməsi vacibdir. Bu məsələdə ölkəmiz həmişə müsbət rol oynayıb. Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün hər şey edəcəyik”, deyə Kobaxidze vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: