Klubu Ronaldoya görə baş məşqçini qovdu

Portuqaliyalı ulduz Kriştianu Ronaldo çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun baş məşqçisi Rudi Qarsiyadan narazılığını bildirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, istəyinə çatıb.

“Əl Nəsr” klubu baş məşqçi Rudi Qarsiyanı istefaya göndərib.

Rəsmi məlumat açıqlanmasa da, İspaniyanın “Marca” nəşri bu barədə məlumat yayıb. Bildirilib ki, klub gün ərzində açıqlama yayacaq.