Klinikanın direktoruna qadağa qoyulacaq?

Tibb Universitetinin Tədris-terapevtik Klinikasının dövlətə böyük miqdarda vergi borcu yaranıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Klinika rəhbərliyi bir müddətdir yığılmış borcları ödəmədiyi üçün Dövlət Vergi Xidməti məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsi iddianı icraata götürüb. Məlum olub ki, Tədris-terapevtik Klinikasının dövlətə 20 min manat vergi borcu var.

Borc ödənilmədiyi təqdirdə Klinikanın direktoru Surxay Musavevin ölkədən çıxışına məhdudiyyət qoyulacaq. Qeyd edək ki, S.Musayev professor, “əməkdar həkim” və əməkdar elm xadimidir. O, 2010-cu ildən Tədris-terapevtik Klinikasının direktorudur.