“Vaşinqton Ukraynaya qoşun göndərmək niyyətində deyil”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq deyib.
“ABŞ iqtisadi tədbirləri mövcud təzyiq alətləri kimi əsasən “kölgə donanmasına” qarşı istifadə edir”, – o bildirib.
Qeyd edək ki, dekabrın 3-nə keçən gecə Kremldə Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner arasında danışıqlar olub. Tərəflər Amerikanın sülh planı üzrə kompromis əldə edə bilməyiblər.
Əliyar Xəlil
Globalinfo.az