Rusiya ordusu Kiyevin Podolsk rayonuna dron hücumu həyata keçirib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nəticədə bir azyaşlı həyatını itirib.
Dron açıq əraziyə çırpılıb və yaxınlıqda yerləşən bir kafeyə maddi ziyan dəyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya ordusunun Kiyev regionunda yerləşən Buça rayonuna hücumlarında 27 nəfər ölüb.
Ukrayna prezidenti Volodimir Zelenski hədəfə alınan bölgədə silah-sursatın olduğu barədə Rusiya tərəfinin iddialarını təkzib edib.