1701860762 zaxarova 2 900x605 1

“Estoniya mədəniyyəti Rusiya ilə əlaqələrin kəsilməsindən sonra deqradasiyaya uğrayıq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Estoniya və Rusiya eyni dövlətin tərkibində olduqları dövrdə Baltikyanı ölkələrdə təhsil, sənaye, iqtisadiyyat, mədəniyyət, elm və texnologiya sürətlə inkişaf edirdi. Həmin dövrdə teatr, kino və digər mədəni sahələr də yüksək səviyyədə formalaşmışdı.

Diplomat iddia edib ki, hazırda Estoniya təkcə mədəni irsini deyil, həm də söz azadlığını itirib. O, əlavə edib ki, post-sovet respublikasının hakimiyyəti gündəlik olaraq qeyri-dəqiq məlumatlar yayır.

Qeyd edək ki, bundan əvvəl Estoniya kəşfiyyatı Ukrayna pilotsuz uçuş aparatlarının Rusiyaya zərbələr endirmək üçün ölkə ərazisindən keçə biləcəyini istisna etmədiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: