Rusiya Ukraynanın 70-ə yaxın obyektinə hava zərbəsi endirdi, 11 nəfər öldü – YENİLƏNİB

 

Rusiyanın Ukraynanın paytaxtı Kiyev və digər vilayətlərə raket hücumu məticəsində 70-ə yaxın obyektə ziyan dəyib. Nəticədə 11 nəfər ölüb, 64 nəfər yaralanıb.

Globalinfo.az bildirir ki, “Report”un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, hava hucumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

***14:51

Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə raket hücumu nəticəsində 10 nəfər ölüb, 60 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, “Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Polis İdarəsindən bildirilib.

***11:12

Ukraynanın paytaxtı Kiyev şəhərinin bombalanması nəticəsində azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, “Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumatlara görə, bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bildirib.

Artıq ölkənin hər yerində hava həyəcanı işə salınıb.

***11:03

Kiyevin mərkəzinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Globalinfo.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko bildirib.

Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.

***10:26

Rusiya Ukraynanın şərqində yerləşən Dnepr və qərbindəki Lvov vilayətlərini də raket atəşinə tutub. 

Globalinfo.az bildirir ki, “Report”un xəbərimə görə, məlumatı UNIAN yayıb.

Dağıntı, ölən və yaralananların olub-olması barədə hələlik informasiya yoxdur.

***10:20

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində də partlayışlar törədilib.

Globalinfo.az bildirir ki, “Report”un “RBK Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış olub.

Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.

***09:44

Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə və Dnepr şəhərində güclü partlayışlar baş verib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir.

Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.