Kiyev nöqtəni qoydu: “Qanlı razılaşma olmayacaq!”

Rusiya ilə danışıqların tərəfdarı olanlar illüziyalardan xilas olmalıdırlar.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“İblislə qanlı razılaşmanın pərəstişkarları illüziyalardan xilas olmalıdırlar. Bu müharibə Ukrayna əraziləri və ukraynalıların həyatları hesabına olan kompromislə bitməməlidir. Rusiya mütləq müharibə meydanında uduzmalı və insanlığa qarşı cinayətinə görə yüksək bədəl ödəməlidir”, – o bildirib.

Qeyd edək ki, son zamanlar xüsusilə Avropa ölkələri Kiyevi Rusiya ilə danışıqlara səsləyirlər. Bu sırada İtaliya, Almaniya və digər Qərbi Avropa ölkələri seçilir.

İlkin
Globalinfo.az