KİV: “Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub”

Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

Globalinfo.az bildirir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Zatulin Ermənistanın daxili siyasi həyatına müdaxilə etməkdə ittiham olunur. Bildirilir ki, o, ictimai çıxışlarında dəfələrlə Ermənistan hökumətini 44 günlük müharibədə məğlub olmaqda günahlandırıb. Bundan başqa, Zatulin Nikol Paşinyanın getməli olduğunu dəfələrlə dilə gətirib. Zatulin hətta Ermənistan hakimiyyətini Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib.