KİV: “Ermənistan KTMT-də qaldı, amma…”

“Ermənistanla KTMT çərçivəsində iş tam həcmdə olmasa da davam edir”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə qurumdakı mənbə bildirib.

“Ermənistan təşkilatımızın üzvü olaraq qalır. Müvafiq səviyyədə post-şura ilə qarşılıqlı əlaqə formasına malikdir. Baş nazir tərəfindən təyin olunan daimi nümayəndə olmasa da, iclaslarda iştirak edən əməkdaş var. Deməli, tam həcmdə olmasa da, informasiya mübadiləsi aparılır”, – mənbə bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az