Kişinyovda sülh sazişi imzalanacaq? – Nikoldan gözlənilməz cavab

“Kişinyovda imzalaya biləcəyimiz hər hansı sülh razılaşması mətni yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Biz Vaşinqton görüşündə və daha əvvəl razılaşma üçün verdiyimiz təkliflərlə bağlı Azərbaycandan cavab almamışıq”, – Paşinyan bildirib.

Qeyd edək ki, siyasi dairələr iyunun 1-də Kişinyovda sülh sazişi imzalanacağı haqda nikbin proqnozlar verirdilər.

Ayşən Mustafa
Globalinfo.az