Kirbi: “Ağ Ev Ukraynaya görə narahatdır”

“Ağ Ev Ukraynaya hərbi yardımla əlaqədar ABŞ-ın silah və sursat arsenalının azalmasından narahatdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC televiziyasına müsahibəsində deyib.

O, Vaşinqton administrasiyasının Ukraynaya tədarüklə bağlı ölkənin döyüş hazırlığının vəziyyəti və silah anbarından narahatlığı ilə bağlı suala cavabında bildirib:

“Bəli, bu, narahatlıq doğurur. Biz hələ milli təhlükəsizliyimiz və əməliyyat planlarımızı təhlükə altına salacaq həddə çatmamışıq. Amma bu, tamamilə diqqətdən yayınmaya bir məsələdir”.