3985685 w

“Şimali Koreya (KXDR) Ukraynaya qarşı müharibədə Rusiyaya kömək üçün 100 minə qədər hərbçi göndərə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı analitik Aleksey Getman deyib.

Analitik bunun Ukrayna üçün böyük problemə yol açacağını bildirib:

“Şimali Koreya xalqının fikri ilə hesablaşmırlar, orada heç bir qayda-qanun yoxdur. Beləliklə milyonluq orduya sahib ölkə yarım milyon əsgəri cəbhə xəttinə göndərmək əzmindədir.  Pxenyan ölçüsünə görə kiçik ölkədir, lakin silahlı qüvvələri təxminən Rusiya Federasiyasının ordusu ilə eynidir. Bu saəbəblə yarım milyon olmasa da, 10, 20, 30, hətta 100 min hərbçi göndərə bilərlər”.

Paylaş: