
Şimali Koreya lideri Kim Çen İn ölkə ordusunun ən yeni tankının sınaqlarında iştirak edib.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat verib.
Bildirilir ki, o, KXDR-də keçirilən tank heyətinin yarışlarında iştirak edib.
“Kim Çen İn şəxsən yeni tipli döyüş tankında oturdu və sükanı möhkəm tutaraq tankı idarə etdi, bununla da ordumuzun tankçılarının yüksək əhvali-ruhiyyəsini yüz qat gücləndirdi”, – deyə məlumatda vurğulanıb.
O da vurğulanır ki, Şimali Koreya lideri döyüş maşınının güclü zərbə qüvvəsini və manevr qabiliyyətini yüksək qiymətləndirib.