ABŞ-ın Kentaki ştatında UPS logistika şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı doqquza çatıb.
***09:12
“UPS” şirkətinə məxsus yük təyyarənin Kentaki ştatının Luisvill şəhərindəki Məhəmməd Əli adına Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində azı yeddi nəfər həlak olub.
Globalinfo.az bildirir ki, bu barədə ştatın qubernatoru Endi Beşir “X” sosial şəbəkəsində paylaşım edib.
“Həlak olanların sayı azı yeddi nəfərə çatıb, bu göstərici, çox güman ki, artacaq”, – deyə o yazıb.