Kənd sakininin 5 uşağı dəm qazından zəhərləndi

Sabirabadda bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Kovlar kəndində qeydə alınıb. Kənd sakini, Natiq Cəbrayıllının 13, 10, 7, 4 yaşlı və 8 aylıq uşaqları dəm qazından zəhərlənmə diaqnozu ilə Sabirabad xəstəxanasına yerləşdirilib.

Həkimlərin bildirdiyinə görə, onların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.