Keçmiş deputat vəfat etdi – FOTO

Sabiq deputat Ərəstun Cavadov vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ə.Cavadov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ərəstun Cavadov 87 saylı Ağsu-İsmayıllı dairəsindən Milli Məclisin III və IV çağırış deputatı olub.

O həmçinin uzun müddət Bakıda fəaliyyət göstərən Mərkəzi Univermağın rəhbəri olub.

sabiq-deputat-vefat-etdi