Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldı – FOTOLAR

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Globalinfo.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın yerli bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***11:44

Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

Globalinfo.az APA-ya istiadən bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur. Hazırda axtarış işləri davam etdirilir.

***10:00

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO Kəlbəcərdə yük maşını çaya aşıb, ölənlər var - FOTO