Azərbaycanda kəndi sel basıb – FHN əraziyə cəlb olunub

Tərtərin Dəmirçilər kəndini sel basıb.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, dağlardan gələn sel suları evlərə dolub. Fərdi təssərrüfatlara ciddi ziyan dəyib, əkin sahələri su altında qalıb.

Sel sularının qarşısını almaq üçün təxirəsalınmaz işlər görülür. Tərtər Rayon Fövqəladə Hallar Komissiyası əhaliyə dəyən ziyanı hesablayır. FHN-in texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.