Keçmiş xanımı 2 il sonra Saakaşviliyə baş çəkdi – FOTOLAR

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin keçmiş arvadı Sandra Rulovs iki ildən sonra ilk dəfə onu ziyarət edib.

Globalinfo.az xəbər verir ki, Rulovs bu barədə sosial şəbəkədə yazıb.

O bildirib ki, keçmiş ərini ziyarət etmək üçün psixoloji cəhətdən hazırlaşmağı 2 il çəkib.

Rulovsun Saakaşvili ilə görüşü Tiflis klinikasında baş tutub. Artıq birlikdə olmadıqlarını vurğulayan Sandra Saakaşviliyə can sağlığı və xoşbəxtlik arzulayıb.

Qeyd edək ki, Saakaşvili səhhətindəki problemlərlə əlaqədar hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında saxlanılır.

Xatırladaq ki, M.Saakaşvili 2021-ci il oktyabrın 1-də Tiflisdə saxlanılıb. Bu hadisədən sonra Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yelizaveta Yasko sosial şəbəkələrdə Mixail Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciət hər kəsi şoka salıb. Çünki Gürcüstanın üçüncü prezidentinin Rulofsdan boşandığı və Yasko ilə evləndiyi məlum olub.