Keçmiş prezident xəstəxanaya yerləşdirildi

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro ABŞ xəstəxanalarından birinə yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, hazırda onun Orlandoda “AdventHealth Celebration” xəstəxanasında müalicə aldığı bildirilib.

Qeyd olunub ki, eks-prezidentin qarın nahiyəsində ağrılar mövcuddur.

Xatırladaq ki, Bolsonaronun tərəfdarları Braziliyada seçki nəticələrinə etiraz edirlər. Ötən gün etirazçılar hətta Konqres binasını ələ keçirmişdi.