Keçmiş baş nazirdən Paşinyana: “Qarabağı təslim etdin, sıra Ermənistandır?!”

“Sən Qarabağı təslim etmisən, indi də Ermənistanı satmağa hazırlaşırsan? Bəlkə, nəhayət, gedəsən?”

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Nikol Paşinyan dünən ümumerməni oyunlarının açılışında dedi ki, biz tarixi dövrə qədəm qoyuruq. Bu dövrdə dövlətə qarşı iradəmiz sarsılmaz olmalıdır. Bu o deməkdir ki, “Qarabağla hiər şey sona çatıb, baxın görək, Ermənistanı xilas edə bilirik?”

Sən növbəti məğlubiyyətlər üçün öz günahsızlığına zəmin hazırlamaq istəyirsən? Bəlkə, nəhayət, gedəsən?”, – deyə keçmiş baş nazir bildirib.

Qeyd edək ki, Nikol Paşinyanın ötən gün ümumerməni oyunlarının açılışı zamanı istifadə etdiyi “biz tarixi dövrə qədəm qoyuruq” ifadəsi ölkədə böyük narazılıqlara səbəb olub. Bir çoxları N.Paşinyanı gələcəkdə baş verəcək uğursuzluqlara zəmin hazırlamaqda ittiham ediblər.

Əliyar Xəlil
Globalinfo.az