Keçmiş ABŞ rəsmisi: “32 ildə elə bir şey görməmişdim, çox pisdir”

“Hazırda ABŞ-ın xarici siyasət rəsmiləri arasında əhval-ruhiyyə İraqa edilən dəhşətli hücum zamanınkından daha gərgin və pisdir”.

Globalinfo.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Daxili Təhlükəsizlik və İnsan Haqları İdarəsinin keçmiş direktoru Çarlz Blaha deyib.

“Mən İraq müharibəsi müddəti də daxil olmaqla 32 il Dövlət Departamentində işləmişəm, amma heç vaxt bu qədər səfalət görməmişdim. Vəziyyət İraqdakından da pis idi. Mən hazırkı işçilərlə hələ də təmasdayam, bəli, insanlar çox narahatdırlar”, – Ç.Blaha deyib.

Xatırladaq ki, bir neçə gün öncə İsrailin hücumu nəticəsində Qəzza zolağında ehtiyacı olanlara xidmət edən “World Central Kitchen (WCK)” adlı beynəlxalq yardım təşkilatının 7 əməkdaşı ölüb. Məsələ beynəlxaql ictimaiyyətdə böyük rezonans doğurub.

Ayşən Mustafa
Globalinfo.az