“Güclü Ermənistan” partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyan ölkənin müxalif siyasi qüvvələrinin birləşdirilməsi prosesinin başladığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Karapetyanın sözlərinə görə, müxalifət əvvəlki mərhələdə öz imkanlarını olduğundan yüksək qiymətləndirib və vaxtında vahid mövqe formalaşdıra bilməyib.
“Mübarizənin əvvəlində gücümüzü şişirtmiş ola bilərik və bütün müxalifət qüvvələri ilə razılığa gəlmək fürsətini əldən vermişik. Hazırda birlik ölkəmiz və xalqımız üçün çox vacibdir”, – deyə o bildirib.
Karapetyan qeyd edib ki, mövcud siyasi vəziyyətin müzakirəsi və problemlərin həlli yollarının hazırlanması məqsədilə əlaqələndirici şuranın yaradılması təklif olunur.
Onun fikrincə, bu mexanizm müxalif qüvvələr arasında əməkdaşlığın gücləndirilməsinə və fəaliyyətin koordinasiyasına xidmət edə bilər.
Tahir Turan
Globalinfo.az