Kamil Zeynallı Azərbaycana qayıdır

“Kamil Zeynallı Ermənistan tərəfindən ağır maddələrə ittiham olunurdu. Ancaq Rusiya dövləti məsələyə humanist yanaşdı və Azərbaycan dövlətinin təkidi ilə Kamil Zeynallı azad edildi”.

Globalinfo.az xəbər verir ki, bunu idmançının vəkili Ələkbər Qarayev deyib.

“Kamil Zeynallı tezliklə Azərbaycana qayıdacaq. Hər kəsə təşəkkür edirəm, xüsusilə Rusiyadakı səfirimiz Polad Bülbüloğluna minnətdaram. Çox böyük işlər gördülər”, – o bildirib.