Kadırova sanksiya tətbiq edildi

Ukraynada davam edən müharibə ilə əlaqədar Yeni Zelandiya 19 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Globalinfo.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Mahuta bildirib.

“Ukrayna açıq şəkildə bəyan edir ki, bu münaqişədə onlara ən mühüm köməyimiz sanksiyaları davam etdirməklə ola bilər”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, sanksiya siyahısında Çeçenistan lideri Ramzan Kadırovun da adı yer alıb.