Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Kadir İnanır 77 yaşında vəfat edib.
Globalinfo.az bildirir ki, aktyorun CNN-ə müsahibəsində səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib və müzakirələrə səbəb olub.
K.İnanır müsahibəsində Türkiyənin 40 ildər çoxdur mübarisə apardığı PKK terror qruplaşmasının qurucu rəhbəri Abdullah Öcalanı kürd xalqının öndəri adlandırıb.
O, həmçinin PKK ilə əlaqəsi olan partiyaların dəstəklədiyi, lakin milliyyətçi türklərin qarşı çıxdığı “barış süreci”nin də təşviq edilməli olduğunu deyib. Kadir İnanır Öcalanın bu təklifinin qəbul edilməli olduğunu söyləyib.
Onun sözləri Türkiyə ictimaiyyətində təkrar gündəm olub, narazılıq yaradıb. Lakin aktyorun fikirlərini dəstəkləyənlər də var.
Videonu təqdim edirik:
Bugün hayatını kaybeden Kadir İnanır:
Abdullah Öcalan, halkının önderi…
pic.twitter.com/bDnaTRkOFk— TÜRK 🇹🇷 (@turklendikkk) June 26, 2026
Əliyar Xəlil
Globalinfo.az