kadir inanir

Türk kinosunun tanınmış simalarından Kadir İnanırın qardaşı oğlu Levent İnanır aktyorun illər əvvəl verdiyi təsirli qərarı ictimaiyyətlə bölüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Onun sözlərinə görə, Kadir İnanır hələ illər öncə bütün orqanlarını bağışlamaq barədə qərar qəbul edib.

Levent İnanır bildirib ki, məşhur aktyor bu mövzuda tez-tez duyğusal fikirlər səsləndirirdi.

O, dayısının “Ən çox da ürəyimi və gözlərimi alan insanların kim olacağını maraq edir” sözlərini xatırladaraq, bu ifadənin Kadir İnanırın həyata və insanlara baxışını əks etdirdiyini vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: