Qarabağdan gedən ermənilərlə bağlı yeni QADAĞA

“Ermənistan hakimiyyətinin Gorusdakı nümayəndələri beynəlxalq media nümayəndələrinin Qarabağı tərk edən soydaşlarımızla əlaqə yaratmasına, onlardan müsahibə almalarına mane olurlar”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hərbi-analitik Karen Vrtanesyan deyib.

“Yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində yaralılar Xankəndidə xəstəxanaya yerləşdirilib. Xarici jurnalistləri həmin xəstəxanaya buraxmırlar, girişlərinə qadağa qoyulur”, – o bildirib.

Qeyd edək ki, artıq 13 550 erməninin Qarabağdan Ermənistana köçdüyü deyilir.

Ayşən Mustafa
Globalinfo.az