İtkin şəhidlərimiz dəfn edilir – FOTOLAR

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasov Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

X X X

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevin meyitinin qalıqları Şabran şəhərinə gətirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Şabran şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Rahib Ağaseyid oğlu Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

R.Mirzəyev Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

X X X

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elməddin Şirxan oğlu Abbasovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhidin nəşi Sumqayıtda ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elməddin Şirxan oğlu Abbasov 1975-ci il fevralın 2-də Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olub. O, 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Yanşaq kəndi) itkin düşüb.

E.Abbasov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.