Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın yaz aylarında görüş zamanı simvolik məna daşıyan “Ağ Ev açarını” ona hədiyyə etdiyini açıqlayıb
Globalinfo.az xəbər verir ki, Karni görüşün sonunda Prezident Trampın dediklərini belə xatırlayıb:
‘Mark, mən sənə həqiqətən də xüsusi bir şey vermək istəyirəm dedi. Bir qutunu açdı, içində böyük qızıl açar vardı. Mən, Cənab Prezident, bu, möhtəşəmdir dedim. Sonra Tramp zarafat etdi. Bildirdi ki, əgər mən bu açarla Ağ Evə daxil olmaq istəsəm, bəlkə də atəş açarlar”, – Baş nazir vurğulayıb.
Karni bildirib ki, bu ifadə ABŞ lideri ilə münasibətlərinin indiki xarakterini müəyyən dərəcədə əks etdirir.
Əliyar Xəlil