İranın Təbriz şəhərində saxlanılan yeniyetməyə qarşı zorakılıq edən polis əməkdaşları xidmətdən uzaqlaşdırılıb və barələrində cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin polis idarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 4-də küçə davası zamanı yeniyetmənin saxlanılmasından sonra baş verib. Hadisəni əks etdirən görüntülərin yayılmasından sonra polis əməkdaşları dərhal intizam məsuliyyətinə cəlb olunaraq vəzifələrindən kənarlaşdırılıb. Onların barəsində məhkəmə işi başlanıb və polis əməkdaşlarının hazırda həbsdə olduğu bildirilir.
Polis qeyd edib ki, saxlanılan yeniyetmənin adı daha əvvəl soyuq silahla hücum, küçə münaqişələri, vətəndaşlara qarşı narahatlıq yaratma və narkotiklərin yayılması ilə bağlı işlərdə hallanıb. Lakin qurum vurğulayıb ki, bunların heç biri polis əməkdaşlarının qanunsuz və yolverilməz davranışına haqq qazandıra bilməz.
Əliyar Xəlil