İtaliyada inkassasiya avtomobilləri qarət edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Unione Sarda” portalı məlumat yayıb.
10 nəfərlik silahlı və maskalı qrup Toskana bölgəsində, Livorno şəhəri yaxınlığında 2 inkassasiya avtomobilinin yolunu kəsərək hücum ediblər. Havaya atəş açan maskalı şəxslər avtomobillərdən 3 milyon avro oğurlayıblar və avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Bununla bağlı polis tərəfindən genişmiqyaslı əməliyyatlara başlanılıb.
Qarət anını əks etdirən videogörüntülər sosial mediada yayılıb.
Aysel Əliyeva
Globalinfo.az