İsveçlə bağlı müraciətə TBMM-də bu tarixdə baxılacaq

İsveçin NATO-ya qəbulu ilə bağlı protokol yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq, lakin ölkənin qanunvericilik məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı NATO-nun Baş katibi Yens Stoltenberqin Vilnüsdə Türkiyənin İsveçi mümkün qədər tez bir zamanda alyansa qəbul etməyə razılaşdığını söyləməsindən sonra bildirib.

Türkiyə parlamentinin payız sessiyası oktyabrın 1-də başlayır.