İsveçdən Türkiyənin keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama

Türkiyə terror hücumlarına məruz qalan ölkədir və belə dövlətlərin özlərini müdafiə etmək hüququ var.

Globalinfo.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström Türkiyənin Şimali İraq və Suriyada terrora son qoymaq üçün başlatdığı antiterror əməliyyatı ilə bağlı “Expressen” qəzetinə açıqlamasında deyib.

O, Türkiyənin özünü terrordan qoruya biləcəyini, mülki itkilərin qarşısını almağın lazım olduğunu bildirib.

Turan Rzayev
Globalinfo.az