İsveç bayrağı NATO-nun baş qərargahında – VİDEO

İsveç bayrağı NATO-nun baş qərargahında qaldırılıb.

Globalinfo.az xəbər verir ki, mərasimdə NATO-nun Baş katibi Yens Stoltenberq, İsveçin Baş naziri Ulf Kristersson, İsveç şahzadəsi Viktoriya və İsveç hökumətinin nümayəndələri iştirak edib.

Mərasimdə İsveç Baş naziri və NATO Baş katibi çıxış edib.

Daha sonra dövlət himninin sədaları altında ölkənin bayrağı qaldırılıb.

Bununla da İsveç alyansın rəsmi üzvü olub və NATO müqaviləsinin 5-ci bəndi İsveç üçün də aktivləşib.