2025 07 17 08 41

ABŞ Suriyanın iki yüksək rütbəli məmurunu sanksiyalar siyahısından çıxarıb.

Globalinfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Suriyanın keçid prezidenti Əhməd Şaraa və daxili işlər naziri Ənəs Xəttaba qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

Qeyd edilir ki, bu qərar Prezident Donald Trampın Suriyaya bərpa şansı vermək səylərinin bir hissəsi kimi qəbul edilib.

“Xarici Aktivlərə Nəzarət İdarəsi Suriya prezidenti Əhməd əl-Şaraa və daxili işlər naziri Ənəs Həsən Xəttabı xüsusi təyin olunmuş vətəndaşlar və bloklanmış şəxslər siyahısından çıxarıb”, – Xəzinədarlıq Departamentinin sosial media hesabında bildirib.

Sanksiya siyahısından çıxarılması onlara beynəlxalq maliyyə əməliyyatları aparmağa imkan verəcək.

Globalinfo.az

Paylaş: