İsrailin müdafiə naziri Türkiyəyə gəlir

İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfər edəcək.

Globalinfo.az bildirir ki, APA “Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri Benni Qantz gələn həftə Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Onun Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşü nəzərdə tutulub.

Müdafiə Nazirliyindən bildirilib ki, səfər İsrail və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yenilənməsi çərçivəsində həyata keçirilir.

Türkiyə mətbuatı səfərin oktyabrın 26-da baş tutacağını bildirir.