İsrailin hücumları: Ərdoğan təcili iclas keçirdi

AA 20250614 38279124 38279123 CUMHURBASKANI ERDOGAN BASKANLIGINDA GUVENLIK TOPLANTISI YAPILDI scaled
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident Kompleksində təhlükəsizlik məsələlərinə həsr olunan xüsusi toplantı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb.

Görüşdə İsrailin İrana qarşı hücumları ilə başlayan gərginlik prosesi bütün aspektləri ilə müzakirə edilib.

Toplantıda həmçinin İsrailin bölgədə artan aqressiyası, qarşıdurmaların dayandırılması istiqamətindəki diplomatik səylər, bu hücumların qlobal və regional təhlükəsizliyə mümkün təsirləri və Türkiyənin atacağı addımlar dəyərləndirilib.

Yığıncaqda Prezident Ərdoğandan başqa, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də iştirak edib.

Aysel Əliyeva
Globalinfo.az