İrana ağır zərbə: briqada generalları öldürüldü – FOTO

Dəməşqdə öldürülən SEPAH üzvləri briqada generalları olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Suriyanın paytaxtında İsrailin hava zərbələri nəticəsində iki zabit öldürülüb. Onlar SEPAH-ın xüsusi təyinatlı Qüds qanadının 340-cı texnoloji birləşməsinin briqada generalları olublar.

Qeyd edək ki, 340-cı bölmə İranın qabaqcıl silahlarının hazırlanması və bütün Yaxın Şərqdəki proksi qüvvələrinə tədarükü üzrə ixtisaslaşıb.