Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Mitsotakisi ümumi seçkilərdə əldə etdiyi uğurla bağlı təbrik edib.
Türk lider yeni dönəmin Türkiyə-Yunanıstan əlaqələrinə müsbət təsiri olacağına ümid etdiyini bildirib.