kremlin peskov ap 1532992 900x506 2

“Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını istəmir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Moskva bu sənədi nüvə silahlarının yayılmaması rejiminin əsas sütunlarından biri hesab edir.

Peskov İran parlamentində ölkənin müqavilədən çıxması məsələsinin müzakirəyə çıxarıla biləcəyi ilə bağlı açıqlamalardan xəbərdar olduqlarını deyib:

“Tehranın bu istiqamətdəki niyyəti əlavə izah tələb edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: