İsraildən Bakıya gəlmək istəyənlər üçün mühüm xəbər

Azərbaycanın İsraildəki səfirliyi Bakıya uçuşlarla bağlı açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, səfirlik bu barədə “X” hesabında paylaşım edib.

“Israir Airlines” tərəfindən 20, 23, 25, 27, 30 oktyabr tarixlərində Tel-Əviv – Bakı istiqamətində olan uçuşlar üzrə biletlərin satışı elan edilib. Biletlər israir.co.il saytı üzərindən əldə oluna bilər”, – paylaşımda bildirilib.