Israil hamas

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağından İsrail ərazisinə raket zərbələri endiriblər. “Əqsa tufanı” kod adlı əməliyyat nəticəsində ölənlərin sayı 300 nəfərə nəfəri ötüb, təxminən 2 min nəfər isə yaralanıb. Sayın artması istisna deyil.

Əslində, İsrail-HƏMAS qarşıdurmaları zamanı ölən və yaralananların olması artıq normal qəbul edilir. Amma budəfəki insidentdə normal olmayan məqamlar var, özü də birdən çox.

Misal üçün, özünə “müsəlman” deyən, qana susamış şüursuz, vəhşi kütlənin sərhədi keçib qarşısına çıxan qadın, uşaq, qoca, bir sözlə, canlı nə varsa, hər kəsi xüsusi amansızlıqla öldürməsi kimi… Bu məqamı unutmayın, çünki bura birazdan qayıdacam.

Yəqin ki, dünyaca məşhur “World War Z” (Dünya müharibəsi Z) filminə çoxunuz baxıb. Baxmayanlar varsa, baxmağı məsləhət görürəm. Çünki filmdəki bir səhnə sözün əsl mənasında İsrail ərazisində yaşandı. Yeri gəlmişkən, filmdə də həmin səhnə İsraildə baş verir.

Filmi izləyənlər, əminəm ki, dediyim səhnəni gözünün qarşısına gətirdi. İzləməyənlər üçün deyim ki, filmdə virusa yoluxan insanlar şüursuz şəkildə qarşısına çıxan insanları öldürür, özləri kimi zombiyə çevirirdi. İsrail əsgərləri isə ümidsizcəsinə insanları qorumağa çalışırdı.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları da eynilə “World War Z” filmindəki zombilər kimi İsrail sərhədlərini keçib, qarşısına çıxan hər kəsi qətl etdi.

Əlbəttə, bu, müharibədir və savaşda hər şey baş verə bilər. Ola bilər ki, İsrail əsgərləri də müxtəlif vaxtlarda daha amansız, qəddar olublar. Lakin heç nə bir müsəlmana qarşısına çıxan insanı amansız şəkildə qətl edib, əsir götürdüyünə təcavüz edib, ölən şəxslərin nəşini “Allahu Əkbər” nidaları ilə alçatmaq haqqı tanımır.

Aydın məsələdir ki, bunu edən insanlar müsəlman deyil. Çünki islam dini heç bir halda uşaq, qoca, qadın ölümünə bəraət qazandırmır. İslam dini əsirlərə qeyri-insani rəftar haqqı da tanımır. İslam dini ölən birinin nəşini təhqir etməni, nekrofilyanı da təbliğ etmir.

Məgər özünə müsəlman deyən bu quduz it sürüsü unudubdur islam peyğəmbəri nə əmr edib? Bilməyənlər üçün deyim ki, Bədr döyüşündən sonra Hz. Məhəmməd alınan əsirlərə pis davranılmamasını buyurmuş, paltarı olmayanların geyindirilməsini, ac olanların doyurulmasını, hətta müsəlmanlarla bir süfrədə əyləşmələrini əmr etmişdi.

Əlbəttə ki, bu davranışı görən biri kafir də olsa, dinsiz də olsa, ya bu dini qəbul edər, ya da o dinə hörmət edər. Bax, buna görədir ki islam dini sülh, anlayış dinidir.

Bəs görəsən, adını müsəlman qoyan bu fanatiklər odusu cihadın fəlsəfəsini unudublar? Bilməyənlər üçün onu da deyim ki, cihadda deyilir: “döyüşün, sizinlə döyüşənlərlə siz də döyüşün”.

Göründüyü kimi, “uşaqlarla, qadınlarla, qocalarla döyüşün, onları öldürün cəsədlərini təhqir edin” deyilmir.

İndi isə gələk İsraildəki olayların ən dəhşətli tərəfinə. Qarşısına çıxan insanları amansızlıqla öldürən HƏMAS bu vəhşiliyi “Allahu Əkbər” nidaları ilə edir. Düşünün, islam dininin ən önəmli ifadələrindən olan “təkbir” insan ölümündə ucadan səsləndirilir. Halbuki “Allahu Əkbər” ifadəsi müsəlmanları namaza dəvət edir, azanın əvvəlində və sonunda ifadə edilir.

“Allahu Əkbər” deyən biri həm də “Allah böyükdür, ucadır” demiş olur. Yəni bu gün İsraildə qadınları, uşaqları, qocaları öldürən, bir sözlə, “müsəlmanlar” Allahın yartdıqlarını “Allahı ucaldıram” deyərək öldürür.

İndi isə sual verirərm: kafir, qaniçən HƏMAS-ın etdiklərini müdafiə edən, buna bəraət qazandıranlar, sizlər kimsiniz?

Yazının əvvəlində dediyim kimi, ola bilər İsrail hərbçiləri müsəlmanlara qarşı bundan daha pis, daha qəddar davranıb. Bir müsəlmanın eynisini etməsi nə dərəcədə doğrudur? Çirkli su ilə dəstəmaz alınarmı?

Turan Rzayev
Globalinfo.az

Paylaş: