İsraildə 4 Azərbaycan əsilli şəxs həlak olub – YENİLƏNİB

İsraildə HAMAS-ın hücumları nəticəsində həlak olan Azərbaycan əsilli şəxslərin adları məlum olub.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, həlak olanlardan Elkin Nəzərovun ikili vətəndaşlığı olub.

O, dünən Kıryat Yamda dəfn edilib.

Digər üç nəfər Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.

***10:52

İsraildə HƏMAS-ın hücumları nəticəsində 1 Azərbaycan vətəndaşı həlak olub.

Globalinfo.az bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olanlar arasında Azərbaycandan İsrailə köçmüş yəhudiəsilli 3 şəxs də var.

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.