İsrail seçkiləri, son dəqiqə: Netanyahu yeni hökuməti qura bilər

İsraildə qeyri-rəsmi nəticələrə görə, seçkilərin 84 faizinin açılmasından sonra keçmiş baş nazir Benyamin Netanyahu bloku 120 yerlik parlamentdə 65 deputatla hökumət qura biləcək rəqəmə çatıb.

Globalinfo.az xəbər verir ki, İsraildə təxminən 6,7 milyon qeydiyyatdan keçmiş seçicinin iştirakı ilə keçirilən ümumi seçkilərdə fəallıq 71,3 faiz olub.

Səs hesablamalarında sandıqların 84 faizi açıldıqdan sonra Netanyahu blokunun Parlamentdə hökumət qurmaq üçün çoxluğu qazandığı görülür.

Turan Rzayev, Globalinfo.az